Şagirdlərlə oyun terapiyası

9b sinif şagirdləri ilə oyun terapiyası

07 dekabr 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9b sinif şagirdləri ilə oyun terapiyası təşkil olundu. Oyun terapiyasında 9b sinfinin qızları iştirak etdilər. Oyun terapiyasının əsas məqsədi hər bir kəs fərqli xüsusiyyətlərə malik olsalar da onların təqribən eyni problemlərlə qarşılaşdıqlarını(təbii ki, istisnalar göz ardı edilmir) nəzərə çatdırmaqdır. Eyni xətt üzrə yığılmış şagirdlərə müəyyən suallarla müraciət olundu. Sualların cavablarını özlərində görən şagirdlər bir addım irəliyə doğru addım atdılar. Suallar şagirdlərin gündəlik həyatını, məktəbdaxili qarşılaşa biləcəkləri problemləri əhatə edirdi. Eyni zamanda onların görmək istəyəcəkləri işlərdən də suallar qoyulmuşdu.

Oyun terapiyadan sonra şagirdlərlə psixoloq Günay Aslanova psixoprofilaktik söhbət apardı. Problemlərin həllini mübahisə yolu ilə deyil, danışaraq və dinləyərək həll edilə biləcəkləri, qarşı tərəfi də anlamağa çalışa biləcəkləri, empatiya qurmağın necə gözəl olduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi