IX siniflərdə sınaq imtahanı keçirilmişdir
10 dekabr 2016-cı il tarixində Xətai rayonu, Z.Məmmədov adına 171 saylı tam orta məktəbdə ilk dəfə ümumi orta (9 illik) təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə şagirdlərin biliyinin qiymətləndirilməsinin Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış modeli əsasında buraxılış imtahanının birinci mərhələsi təcrübədən keçirilmışdir. Həmin modelə müvafiq burxılış imtahanının birinci mərhələsində Ana dili fənnindən şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını, riyaziyyat fənnindən isə riyazi biliyin tətbiqi bacarıqlarını yoxlamaq nəzərdə tutulmuşdur. Bu məqsədlə məktəbin təcrübəli müəllimləri tərəfindən 2(iki) variantda tapşırıq kitabçası hazırlanmış və kitabçaya ana dili fənnindən 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləıdirilib yazı ilə ifadə olunması tələb olunan tapşırıq, 10 qapalı tipli test tapşırığı, riyaziyyatdan 10 açıq tipli, ümumilikdə 30 tapşırıq daxil edilmişdir. Şagirdlər həmçinin təqdim edilmiş 6 mövzudan birini seçməklə inşa (esse) yazıblar. Əlavə sınaq buraxılış imtahanı üçün və cavab vərəqi nümunəsi hazırlanmışdır. Sınaq buraxılış imtahanın təşkili və keçirilməsi prosesi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Sınaq imtahanında məktəbdin IX siniflərində təhsil alan şagirdlər iştirak etmişdir. Nəticələr, onların statistik təhlili bir həftə ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə yanvar ayında keçiriləcək növbəti pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.Sonda qeyd edək ki, sınaq buraxılış imtahanın təşkili və keçirilməsi prosesini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tural Mirzəliyev müşahidə etmişdir.