9-cu sinif şagirdlərinə riyaziyyat fənnindən monitorinq təşkil olundu
2 dekabr 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinə riyaziyyat fənnindən monitorinq təşkil olundu. Monitorinq buraxılış imtahanlarına hazırlıq səviyyəsini ölçmək məqsədilə təşkil olundu. Sual kitabçaları məktəbin rus bölməsinin 9e və 9d sinif şagirdlərinə paylanıldı, test 15 sualdan, 4 variantdan ibarət idi. Tapşırıqlar buraxılış imtahanına düşən sullar əsasında hazırlanmışdı.