Laçın rayonunun işğaldan azad edilməsi ilə əlaqədar nümunəvi dərs keçirildi
01.12.2022 tarixdə 7b sinfində Laçın rayonunun işğaldan azad edilməsi ilə əlaqədar nümunəvi dərs keçirildi. İlk öncə tarix müəllimi Səmədova Nərminin Laçının işğaldan azadlığının bir bayram, şən ab-hava yaratması həmçinin Laçının igid və görkəmli şəxsiyyətləri Sultan bəy Sultanov ,Xosrov Paşa bəy Sultanovun rəşadəti, Qanlı dərədəki igidliyi haqqında danışmaqla keçdi. Daha sonra Azərbaycan Respublikasının dövlət Himni səsləndirildi və Vətən yolunda canını qurban vermiş 20 mindən çox şəhidimizin ruhuna 1 dəqiqəlik sükutla anıldı.
Səhnəyə dərhal 8b sinfindən Mehdiyev Sərxan çıxdı və Laçının mədəniyyəti onun dahi şəxsiyyətləri haqqında məlumat verdikdən sonra, Ay Laçın musiqisinin tarixçəsi haqqında danışdı. Beləki 217 mədəniyyət 101 təhsil 142 səhiyyə müəssəsində 462 ticarət 30 rabitə 133 idarə və müəssə 5 musiqi məktəbi 1 internat məktəbi 1 orta texniki peşə məktəbi 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal çüəssələri talan və məhv edilib.54 dünya 200 dən çox yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb.Lakin Artıq Laçına həyat yenidən qayıdır.Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir.Eyni zamanda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.Laçın rayonunda həyata keçirilən layihələrdən biri beynalxalq hava limanının tikintisidir.