"Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu keçirilir

26 noyabr 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu təşkil olundu.

Olimpiada saat 11:00-da başlandı, 12:00-da bitəcək. Olimpiadada 14 şagird iştirak edirdi, olimpiadanın  testi 25  sual olmaqla tərtib edilmişdi.  Suallar Azərbaycan və rus bölmələri  üçün 2 variantda tərtib edilmişdi. Olimpiadada iştirak edən hər iki bölmənin şagirdləri təlimata uyğun olaraq siniflərə yerləşdirilmişdi. Nəzarətçi müəllim məktəbə daxil olmuş təlimat ilə  olimpiada iştirakçılarını tanış etdi. Sual kitabçaları paylanıldı və olimpiadanın başlandığı elan olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi