Sağlam qidalanma ilə bağlı psixoprofilaktik söhbət keçirildi

25 noyabr 2022-ci il il tarixində məktəbin psixoloqu Rüxsarə İmaməliyeva tərəfindən 4 c sinifində sağlam qidalanma ilə bağlı psixoprofilaktik söhbət keçirildi. Məqsəd şagirdlərin düzgün və sağlam qidalanma vərdişlərini yaratmaqdır.

Məktəb yaş dövrü şagirdlərdə intensiv boy artımı, skletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması, normal yuxu onların inkişafına müsbət təsir göstərir.

Gündəlik qida menyusuna zülal, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri - sağlam qidalanma uşaqlarda mədə, ürək - damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Ən önəmlisi günə səhər yeməyi ilə başlamaq vacib şərtlərdən biridir. Yaxşı səhər yeməyi uşaqların fiziki inkişafını sürətləndirməklə yanaşı qavrama qabiliyyətini artırır yorğunluğu aradan qaldırır. Böyüməkdə olan uşaq orqanizminin kalsiuma Və D vitamininə ehtiyacı dafa çoxdur. Bu baxımdan süd, pendir, kəsmik kimi məhsulların qəbulu vacibdir. Uşaqların zehni inkişafına tərkibində vitaminlər  və minerallar olan qidaların qəbulu müsbət təsir göstərir..

Qidanın normadan az qəbul edilməsi böyümə və inkişafda geriləmə infeksion xəstəliklərlə nəticələnir. 

Normadan çox qəbul edilməsi isə piylənməyə səbəb olur, bu da gələcəkdə ürək - damar xəstəlikləri, diabet riskini artırır.

Bir çox qidalar var onların istifadə edilməsi məsləhət deyildir. Həmin qidaların hazırlanmasında müxtəlif rəngləndiricilər, dadlandırıcılar və s istifadə edildiyindən uşaqlarda allergiya, hiperaktivlik eyni zamanda diqqət dağınıqlığına səbəb ola bilər. Həmin qidalara fast-food, cipslər, paketlənmiş suxarilər və s. aiddir. Sağlam qidalanma dedikdə meyvə, tərəvəz, su və s istifadə edilməsi daha yaxşıdır. Hər zaman düzgün sağlam qidalanma hər bir kəsin öz əlindədir.

Belə bir gözəl deyim var "Sağlam bədəndə sağlam ruh olar".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi