Unudulmaz sənətkar Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq “Açıq dərs” keçirildi

23 noyabr 2022-ci ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8b sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmanverdiyeva Azərbaycanın görkəmli unudulmaz sənətkar Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq “Açıq dərs” keçirildi. Afaq İmanverdiyeva şagirdlərə Əhməd Cavadın keçdiyi əzablı, faciələrlə dolu həyat yolundan arzu və istəklərindən, ədəbi və hərbi fəaliyyətindən danışdı. Dərs zamanı 8 “b” sinif şagirdləri böyük ruh yüksəkliyi ilə nəğməkar şairimizin həyatı, ədəbi yaradıcılığı, qələmə aldığı əsərlərdən, poeziya dünyasından söhbət açdılar. Zərif Sultanın ifasında Əhməd Cavadın şeirləri dinlənildi. Şagirdlər öz çıxışlarında dahi şairin ən böyük istəyinin – Vətənini müstəqil, xalqını azad görmək, türk xalqlarının birliyi, həmrəyliyini ürəkdən arzulayan, bu yolda əzmlə çalışan sənətkar olduğunu qeyd etdilər. Şagirdlər Əhməd Cavadın milli – azadlıq ideyalarından heç vaxt uzaqlaşmayan “cümhuriyyət nəğməkarı” kimi tanıdıqlarından qürur duydular. Dərsdə Əhməd Cavadın əziz xatirəsi bir dəqiqəlik süktla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni müəllim və şagirdlər tərəfindən oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi