Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq dəyirimi masa təşkil olundu

5 may 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.

Şagirdlərlə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Azərbaycan dili və ədəbiyyat müəllimləri Nəsirova Mahirə, Nəzərova Vəfa və 7-ci, 8-ci sinif şagirdlərininin iştirakı ilə təşkil olunmuş dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başladı. Nəsirova Mahirə Əhməd Cavadın keşməkeşli həyat və yaradıcılığı barədə məlumat verdikdən sonra şagirdlərin ifasında şeirlər səslənildi, videoçarxlar nümayiş etdirildi. Videoçarxları izləyən şagirdlərlə repressiya qurbanları və onların çətin həyat şəraiti haqqında müzakirələr edildi. Dəyirmi masa Şəmistan Əlizamanlının ifasında səslənən,s özləri Əhməd Cavada məxsus olan "Bismillah" mahnısı ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi