Qazilərlə “Əbədi yaşarlar” adlı görüş keçirildi
21.11.2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli məktəbdə 7-ci sinif şagirdləri və Dövlətə Dəstək Qazilər İctimai Birliyinin üzvləri ilə “Əbədi yaşarlar” adlı görüş keçirildi. Görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sima, Tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Nəsirova Mahirə, Azərbaycan dili və ədəbiyyat müəllimləri İmamverdiyeva Afaq, Nəzərova Vəfa, Dövlətə Dəstək Qazilər İctimai Birliyinin sədri Rəhman Muradov, 3-cü qrup qazi Raqif Məmmədov, 1-ci qrup qazi Əliyev Seymur, 3-cü qrup qazi Ülvi Həsənov və 7ci sinif şagirdləri iştirak etdilər.
44 günlük Vətən müharibəsində əbədi-əzəli torpaqlarımızın alınması üçün qəhrəmancasına vuruşan “əbədi yaşarların” xatirəsinə həsr olunmuş görüş Azərbaycan Respublikasının Himni ilə başladı.Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzərova Vəfa tədbiri açıq elan etdi və Vətən müharibəsin haqqında məlumat verdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 7-ci sinif şagirdləri zəfərimizə həsr olunmuş şeirlər səsləndirdi,erməni vandalizminə məruz qalan Qarabağdakı abidələrimiz haqqında məlumat verdilər. Sonda 7-ci sinif şagirdi Çingizin ifasında “Xudayar təsnifi” səsləndi və Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Dövlətə Dəstək Qazilər İctimai Birliyinin sədri Rəhman Muradov uşaqların vətənpərvər ruhda böyüdülməsi üçün belə görüşlərin keçirilməsinin vacibliyini vurğuladı və buna görə Məktəb rəhbərliyinə öz təşəkkürünü bildirdi. Qazilər döyüş meydanında necə vuruşduqlarından,oradakı xatirələrindən danışdılar.Görüşün sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Əhmədova Sima və Azərbaycan dili və Ədəbiyyat müəllimi İmamverdiyeva Afaq Vətən müharibəsindən söz açdılar və gəldikləri üçün qazilərə öz təşəkkürlərini bildirdilər.