"Nakomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi

15 noyabr 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xətai rayon Polis İdarəsi ilə birlikdə "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Zemfira Məsiyeva giriş sözü ilə açaraq, Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədovu və digər qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsinin şagirdlərin maariflənməsində böyük rolu olduğunu bildirdi. Xətai Rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini İlqar Məhərrəmov narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu bildirdi. Xətai rayon İcra hakimiyyətinin məsləhətçisi çıxış edərək nakomaniyanın cəmiyyətimizə vurduğu ziyadan danışdı. Məktəbin həkimi narkomaniyanın fəsadları, insan orqanizminə vurduğu ziyan barədə məlumat verdi. Məktəbin biologiya məllimi Pərvin Məmmədova narkomaniyadan uzaq olmaq üçün tövsiyələrin verdi. Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov narkomaniyanın cəmiyyətimizə vurduğu ziyan haqqında, narkomaniyaya qarşı aparılan mübarizə tədbiləri barədə məlumat verdi. Məktəbin 11-ci sinif şagirdlərinin hazırladığı səhnəcik nümayiş etdirildi. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara ətraflı cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi