OCEP-2022 layihəsi çərçivəsində məktəbimizin qonaqları
14 noyabr 2022-ci il tarixində Avorpa Olimpiya Komitəsnin üzvü Gianluca De Angelis, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Milli Olimpiya Komitəsinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov, MOK-un əməkdaşları Ceyhun Rəhmanov və Günay Malikqızı OCEP layihəsi çərçivəsində Sloveniyanı təmsil edən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbi ziyarət etdilər.
Məktəblilər Sloveniyanın tarixi barədə öyrəndiklərini ziyarətçilərə izah etdilər. Şagirdlərin hazırladıqları videoçarx nümayiş etdirildi.
İbtidai sinif şagirdləri “Müharibəyə yox” adlı şeir söylədilər. “Azərbaycan” mahnısını ifa etdilər.
Sonda qonaq məktəbə EOC-nin xüsusi hədiyyəsinitəqdim etdi.
Qonaqlar məktəbin həyətində ağac əkdilər.