İctimai Səhiyyə və İslahatlar Mərkəzi maarifləndirici tədbir keçirildi

Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 4 noyabr 2022-ci ildə Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair  2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəblilərin sağlam qidalanma və onurğa xəstlikləri ilə bağlı məlumatlandırmaqdır. İSİM-in Səhiyyə kommunikasiya şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyətindən söz açdı, gənc nəslin düzgün və balanslı qidalanması ilə bağlı tövsiyələri nəzərə çatdırdı.

İSİM-in həkim – metodisti Zümrüd Kazımova “Düzgün qamət. Skoliozun profilaktikası” mövzusunda geniş təqdimatla çıxış edərək, məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinmə səbəblərini izah etdi və onlara tövsiyələr verdi.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi