Məntiq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir

29 noyabr 2016-cı il tarixdə Xətai rayonu 171 nömrəli tam orta məktəbdə noyabr ayındə məktəbin VI –IX sinif şagirdlərinin iştirakı ilə keçirilmiş məntiq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Müsabiqənin keçrilməsində əsas məqsəd şagirdlərdə təhlil etmə, nəticə çıxartmaq, qazanılmış biliyi tətbiqetmək və analiz etmək bacarıqlarını öyrənmək, həmçinin istedadlı şagirdləri aşkara çıxarmaq, mükafatlandırma mərasiminin keçirilməsində isə məqsəd şagirdləri həvəsləndirmək və yüksək nəticə göstərmiş şagirdləri rəğbətləndirmək, şagirdlərdə özünə inam hissi formalaşdırmaq olmuşdur. . Məntiq müsabiqəsi üçün sual kitabçaları iki variantda məkəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmış, hər bir variantına şagirdlərin yaş səviyyəsinə müvafiq 30 (otuz) məntiqi test daxil edilmişdir. Məntiq müsabiqəsinin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbin VI-IX siniflərində təhsil alan 310 şagird iştirak etmişdir. Müsabiqənin keçirilməsi üzrə təşkilat komitəsinin qərarı ilə sual doğru cavablandırılıbsa 4(dörd) balla, sual səhv cavablandırılıbsa -1( mənfi bir) balla, sual cavablandırılmayıbasa 0(sıfır) balla qiymətləndirilib. Paralel siniflər üzrə ən yüksək nəticə göstərmiş şagirdlərə I dərəcəli diplom və qiymətli hədiyyələr, sonrakı yerləri tutan şagirdlərə isə müvafiq olaraq II və III dərəcəli diplomlar verilmişdir. Sonda qeyd edək ki, məktəbin 7b sinif şagirdi Atayev Əli Mehman oğlu 115(yüz on beş) balla məktəb üzrə ən yüksək nəticə göstərmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi