Zərərli vərdişlərə "YOX" deyək!
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8ç sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda psixoloji söhbət keçirildi.
Psixoloq Günay Aslanova və psixoloq Rüxsarə İmaməliyeva şagirdlərlə zərərli vərdişlərin insan həyatına, ətrafdakı insanlara verə biləcəkləri mənfi təsirindən danışdı.
Yox deməyi bacarmağın insan həyatına yol açdığı müsbət tərəflərindən, şagirdlərə yaxınlaşa biləcək təhlükəli vəziyyətlərdən, iradənin zəifliyindən, zəif iradənin gələcək həyatda yarada biləcək mənfiliklərindən danışıldı. Eyni zamanda narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib və bildirilib ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və onun təsirinin təhlükəsizlik səviyyəsi mövcud deyil.