“Uşaq hüquqları aylığı” çərçivəsində psixoloji söhbətlər

“Uşaq hüquqları aylığı” çərçivəsində psixoloji söhbətlər

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrıli tam orta məktəbin 6a sinif şagirdləri ilə birgə psixoloji söhbət təşkil olundu. Psixoloji söhbət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr- 20 noyabr 2022- ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilməsinə əsasən aparıldı. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

Şagirdlərə onların hüquqları, öz hüquqlarından istifadə qaydaları, vəzifələri, vəzifələrinin düzgün icrası barədə geniş məlumat verildi. Şagirdlərin nəzərinə çatdırıldı ki, bütün insanların hüququ dünyaya gəldiyi gündən etibarən başlayır, bu,onların – ilk hüququ,  yaşamaq hüququdur. Dünya ölkələri uşaqların hüquqlarını qoruduğu kimi,  Azərbaycan Respublikasının qəbul etdiyi “Uşaq hüquqları haqqında qanun”a əsasən bütün uşaqlar anadan olduqları ilk gündən  etibarən onların haqları dövlət tərəfindən müdafiə olunur.

 “Uşaq hüquqları aylığı” ilə bağlı  təşkil olunmuş məktəbdaxili tədbirlər  bütün siniflər üzrə davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi