Fənn metodbirləşmə sədrləri ilə iclas keçirildi

6 oktyabr 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə fənn metodbirləşmə sədrləri ilə iclas keçirildi. İclasda 2021-2022-ci tədris ilinin yekunları, 2022-2023-cü tədris ilində qarşıda duran vəziflər, görüləcək işlər müzakirə olundu. Məktəbin direktoru Zemfira Məsiyeva fənn metodbirləşmə sədlərini maraqlandıran sulları ətraflı cavablandırdı. İclasda təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov iştirak edirdi. İclasın sonunda məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.