Məktəbəhazırlıq qrupunda məşğələlər başladı

3 oktyabr 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupunda məşğələlər başladı. Məktəbdə 3 Azərbaycan, 2 Rus bölməsi olmaqla 5 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbhazırlıq qruplarında həftədə 4 gün olmaqla məşğlələr davam edəcək. Məktəbəhazırlıq qruplarında“Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərsləri olmaqla ümumilikdə həftə ərzində 12 məşğələ keçiriləcək.