"VƏTƏN ƏMANƏTİ" adlı tədbir keçirildi

28 sentyabr 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 27 Sentyabr “Anım günü” və 8 Noyabr “Zəfər günü” ilə əlaqədar olaraq Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə “Vətən əmanəti” adlı görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Görüşdə şagirdlər hərbi vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirdilər. Məktəbdə davam edən “Əsgərə məktub” adlı layihədə şagirdlər tərəfindən rəşadətli Azərbaycan əsgərinə şagirdlər tərəfindən yazılmış bir neçə məktub oxundu. Sonra söz hərbi diktor Şəmistan Əlizamanlıya verildi. Şəmistan Əlizamanlı ona göstərilən qonaqpərvəliyə görə məktəbin direktoru Zemfira Məsiyeva öz təşəkkürünü bildirdi. Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək, Xətai rayon İcra Hakimyyətinin başçısı Rafiq Quluyevin salamlarını çatdırdı. Belə tədbirlərin şagidlərin vətənpərvər ruhda böyüməsinə səbəb olduğunu bildirdi, 171 nömrəli tam orta məktəbdə belə tədbirlərin müntəzəm keçirildiyini bildirdi və buna görə də məktəbin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi. Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək gələcək nəslin vətənpərvər ruhda böyüməsi üçün belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirdi.

11 a sinif şagirdi Murad “Cənab leytenant” mahnısını ifa etdi.

Sonra tanınmış hərbi diktor, hərbi vətənpərvəlik mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı öz repertuarından mahnılar ifa etdi.

Tədbirin sonunda “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandan!” şüarlarını səsləndirdilər.

Tədbirdə şagirdlər, validyenlər, müəllimlər, tanınmış jurnalist, I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu iştirak edirdi.  Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi