5-ci sinif valideynləri ilə iclas keçirildi
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilində təhsil alacaq 5-ci sinfin şagirdlərinin valideynləri ilə iclas təşkil olundu. İclasda məktəb rəhbərliyi, 2022-2023-cü tədris ilində təhsil alacaq 5-ci sinif şagirdlərinin yeni təyin olunmuş sinif rəhbərləri, həmin sinifdə dərs deyəcək müəllimlər və bu şagirdlərə ötən tədris ilində təhsil vermiş ibtidai sinif müəllimləri iştirak etdilər. İclasda müəllim, valideyn və şagirdlərin etik davranış qaydaları, davamiyyət, məktəbli geyimi kimi mövzulara toxunuldu. Valideynlərin sualları cavablandırıldı, narahatçılıqları dinlənildi.