SMA -lı uşaqlara dəstək məqsədinə əsaslanaraq onlayn görüş təşkil olundu

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın təşkilatçılığı ilə direktor müavinlərinin, müəllimlərinin və şagirdlərinin iştirakı ilə SMA -lı uşaqlara dəstək məqsədi ilə onlayn görüş təşkil olundu.
SMA xəstəliyi nədir?
SMA bədəndəki əzələlərə sinir hüceyrələrindən gələn siqnallara cavab verə bilmədiyindən yaranan bir xəstəlikdir.
Azərbaycanda da nə yazıq ki, bu xəstəlikdən əziyyət çəkən uşaqlar var. Belə uşaqlara mənəvi dəstək məqsədi ilə məktəbimiz dəfələrlə, "Dostum, ayaq saxla, qəlbinin səsini dinlə!" layihəsi vasitəsilə görüşlər keçirilmişdir.
Bu layihə 171 nömrəli tam orta məktəbin "Narahat ürəklər" təşkilatının üzvlərinin dəstəyi ilə təşkil olunmuşdur. 11 avqust 2022-ci il tarixində bu layihənin növbəti görüşü təşkil olundu. Görüş hekayə terapiyasına əsaslanaraq körpə balaların daxili dünyalarını görüb onları daha yaxından tanımaq məqsədinə əsaslanmışdır. Təşkilat üzvlərindən Zərif Sultan özünün "Alma ağacı" hekayəsini, Günel Həsənova isə "2 alan arzular" hekayəsini görüşdə iştirak edən hər kəsə danışdı. SMA-lı körpələrin dilindən də maraqlı hekayələr dinlənildi.
Onlayn görüşə ən böyük dəstəklərdən biri də Qazax rayon Səməd Vurğun poeziya evinin müdiri Mətanət Rəhimova Əyyub qızı tərəfindən göstərildi.
Görüş zamanı layihəyə dəstək məqsədilə fəxri qonaqlar da iştirak etdilər. Qazax rayon Salahlı kəndinin Saz dərnək müəllimi Həsən Məmmədəliyev Məhəmməd oğlunun rəhbərliyi ilə müəllimin şagirdləri Əkbər Axundov, Amal Rüstəmov, Əli Umudov, Xaliq Hacıyevin iştirakı ilə "Halaldı" adlı saz havası səsləndirildi. Saz musiqisi Ali Baş Komandanın 44 günlük böyük qalibiyyətinə həsr olunmuş bir əsərdir. Müəllimin çox qürurla söylədiyinə əsasən 44 günlük müharibədə onun tək övladı da iştirak etmişdir.
Daha sonra kiçik yaşlı Xaliq Haciyev "Qaraçı " havasını böyük məharətlə səsləndirdi. "Halaldı" adlı müsiqinin söz yazarı və bəstəkarı Həsən Məmmədəliyevdir, "Qaraçı" adlı musiqi qədim zamanlardan bu günümüzə qədər gəlib çatmış saz havasıdır, sözləri isə yenə də Həsən Məmmədəliyevə aiddir.
Görüşümüz zamanı 171 nömrəli tam orta məktəbin yetirməsi olan, daha sonra təhsilini Bülbül adına İncəsənət gimnaziyasında davam etdirən 9a sinif şagirdi Quluzadə Raşxan Qardaşxan oğlu da iştirak etdi. Raşxan Quluzadə öz məlahətli səsi ilə "Qarabağ" adlı mahnısını ifa etdi.
Məktəbdin direktor müavini Sima Əhmədova və Nüşabə Bilalova Qazax rayonunun Fərəhli kəndindən onlayn görüşə qoşuldular, ürək sözlərini dedilər.
Tədbir iştirakçıları sonda cağırışla müraciət etdilər: "Dostum, ayaq saxla, qəlbinin səsini dinlə!"