Tam orta təhsil haqqında attestatlar təntənəli surətdə təqdim olundu
07 iyul 2020-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 11-ci sinif məzunlarına tam orta təhsil haqqında attestatları təntənəli surətdə təqdim olundu. Tədbir Azərbaycan Respublikasının Dövət Himinin oxunması ilə başladı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açaraq məzunlara həyat yollarında uğurlar arzuladı. Müvafiq tapşırıq, tövsiyyələrini bildirdi, məsləhətlərini verdi. Məzunların "Son zəng" tədbirinin videoyazısı nümayiş olundu.
Təlim - tərbiyə işləri üzrə direktor müavini Sİma Əhmədova məzunlara attestatların verilməsi kitabında imza çəkdirdi. Sonra tam orta təhsil haqqında attestatlar məzunlara təntənəli surətdə təqdim olundu.
Tədbirin sonunda xatirə şəkili çəkdirildi.