"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində yolasalma mərasimi keçirildi

17.11.2016-cı il tarixində Xətai rayonundakı Heydər Əliyev adına parkda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlərin respublikamızın Gəncə-Göygöl-Şəmkir şəhərlərinə yolasalma mərasimi keçirildi. Tur aksiyada Zaur Məmmədov adına 171 saylı tam orta məktəbi IX A sinif şagirdi Süleymanova Sevil təmsil edirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan aksiyada məqsəd gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsi, dünyagörüşünün və azərbaycançılıq təfəkkürünün formalaşdırılması olmuşdur. Yola salma mərasimində Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər rəsmi nümayəndələr iştirak etmiş şagirlərə uğulu yol arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi