Pedaqoji Şura iclası keçirildi
24 iyun 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açdı. Məktəbə göndərilmiş rəsmi məlumatlar, tədbrilər planı və digər rəsmi sənədlərlə bağlı Pedaqoji Şura iştirakçılarına məlumat verdi.
Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova gündəlik məslələri iclas iştirakşılarının nəzərinə çatdirdi.
Təlim – tərbiyə işləri üzrə direktor müavini Nüşabə Bilalova ibtidai siniflər üzrə illik hesabatla çıxıs etdi.
Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova yuxarı siniflər üzrə hesabtla çıxış etdi. 9-cu siniflər üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə göndərilmiş dinamka barədə məlumat verdi.
Təlim – tərbiyə işləri üzrə direktor müavinİ Sima Əhmədova yeni tədris ilindən ümumtəhsil müəssisələrində tətbiq ediləcək vahid məktəbli forması ilə bağlı məktəbə göndərilmiş qaydalarla bağlı müəllimləri və sinif rəhbərlərini məlumatlandırdı, müvafiq tapşırıqlarını və tövsiyələrini verdi.
9-cu və 11-ci siniflərin sinif rəhbərləri buraxılış imtahanının nəticələri barədə, 11-ci sinif sinfi rəhbərləri eyni zamanda qəbul imtahananın nəticələri bardə məlumat verdilər.
Məktəbin psixologu Günay Aslanova illik hesabatla çıxış etdi. Bir sıra məslələr müzakirə olundu, təhilil edildi, qarşılıqlı fikir mübadiləsi aparıldı.
Məktəbin direktoru Zemfira Məsiyeva iclasa yekurn vuraraq müvafiq tapşırıq və tövsiyyələrini verdi.