"Yay məktəbi"ndə "Kölgə texnikası" adlı psixoloji oyun keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.06.2022-ci il tarixli F-371 nömrəli əmrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı 2019-2020-ci, 2020-2021-ci və qismən 2021-2022-ci tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 2022-ci ilin 16-30 iyun tarixlərində dövlət ümumi təhsil məktəblərində yay məktəblərinin təşkili nəzərdə tutulmuşdur.
Əmrin icrasını yerlərdə təmin etmək məqsədilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Yay məktəbi” təşkil olundu. Şagirdlər və müəllimlər boyük həvəslə “Yay məktəbi”ndə iştirak edirlər.
2021-2022-ci tədris ilinin “Yay məktəbi”ndə 5-ci sinif şagirdləri ilə "Kölgə texnikası" adlı psixoloji oyun keçirildi.
Texnikanın ilk mərhələsində tanışlıq oldu. Bütün şagirdlər özlərini təqdim etdikdən sonra ən çox etməyi sevdikləri və sevmədikləri işlər haqqında məlumat verdilər. Daha sonra isə diqqətin mərkəzləşməsi və paylanmasının möhkəmləndirilməsi ilə əlaqədar olaraq "Kölgə texnikasın"ndan istifadə olundu.