Məntiq müsabiqəsi keçirilmişdir

14, 15 noyabr 2016-cı il tarixlərində Xətai rayonu 171 nömrəli tam orta məktəbin VI-IX siniflərində məntiq müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçrilməsində əsas məqsəd şagirdlərdə təhlil etmə, nəticə çıxartma, qazanılmış biliyin tətbiqetmə və analiz etmə bacarıqlarını öyrənmək, həmçinin istedadlı şagirdləri aşkara çıxarmaq olmuşdur. . Məntiq müsabiqəsi üçün sual kitabçaları iki variantda məktəb rəhbərliyi və məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Sual kitabçalarına hər bir variantına şagirdlərin yaş səviyyəsinə müvafiq 30 (otuz) məntiqi test daxil edilmişdir. Məntiq müsabiqəsinin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Müsabiqədə məktəbin VI-IX siniflərində təhsil alan 310 şagird iştirak etmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Siniflər üzrə ən yüksək nəticə əldə etmiş şagirdlərə diplomların və qiymətli hədiyyələrin verilməsi planladırılmışıdır. Nəticələrin müzakirəsi isə noyabr ayında keçiriləcək növbəti pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi