Ceyhun Hacıbəylinin 125 illik yubileyi keçirildi
Xətai rayonu, Z. Məmmədov adına 171 saylı tam orta məktəbdə 15 noyabr 2016- cı il tarixdə “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Təhsil Nazirinin 07 aprel 2016- cı il tarixli 191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə VII-VIII ci sinif şagirdlərinin iştirakı ilə “Ceyhun Hacıbəyli və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin VIIIa sinif şagirdi Kazımlı Kəmalə Cabir qızının Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı barədə hazırladığı təqdimat nümayiş olunmuş, onun həyat və yaradıcılığı barədə şagirdlər müxtəlif fikirlər söyləmiş, əsərlərindən parçalar söyləmişlər. Məktəbdə Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbirlər davam etdiriləcək.