28 May Müstəqillik Günü ilə əlaqadar olaraq “Bu Vətən bizim” adlı tədbir keçirildi
26 may 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 28 May Müstəqillik Günü ilə əlaqadar olaraq “Bu Vətən bizim” adlı tədbir keçirildi. Şagirdlər 28 Mayın Müstəqilliyin tarixi barədə ətraflı məlumat verdilər. Tarixi hadisələri özündə əks etdirən səhnəciklər nümayiş etdirdilər. Ulu Öndər Heydər Əliyevin müstəqilik haqqında fikirlərini bildirən videoçarx nümayiş etdirildi. Şagirdlərin təqdim etdikləri rəqs nümunələri, oxuduqları mahnılar, səsləndirdikləri şeirlər tədbiri daha da rəngarəng etdi. Tədbirin sonunda məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək vətəni sevməyi, müstəqilliyi qorumaq üçün hər kəs öz üzərinə düşən vəzifəni şərəflə və məsuliyyətlə yerinə yetirməli olduğunu bildirdi, şagirdlərin dərslərini əla oxumağı tövsiyə etdi, tədbirin təşkilatçıları Aygün Səlimovaya, Mehparə Rəhimovaya, Vəfa Nəzərovaya və iştirakçı şagidlərə öz təşəkkürünü bildirdi.