Birincilər hesabat verdi

 Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə təşkil olunan “Pəncərəmə ay qonub” silsilə tədbirlər siyahısına 1 a sinif şagirdlərinin hesabat xarakterli rəngarəng və bir birindən maraqlı çıxışları da əlavə olundu. Tədbirdə şagirdlər mahnı, şeir və nağıllara əsaslanan bacarıqlarını nümayiş etdirdilər. Sonda məktəbin direktoru Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, ibtidai sinif müəllimi Nüşabə Bilalova və tərbiyə işləri üzrə direktor müavini  Kənan İsmayılov çıxış etdilər. Onlar şagirdlərə gözəl çıxışlarına görə minnətdarlıq bildirdilər və təhsildə müvəffəqiyyətlər arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi