“Su ehtiyyatlarının idarə olunması. Sudan qənaətli qənaətli və səmərəli istifadə” mövzusunda dəyirimi masa təşkil olundu
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 7.5-ci – Təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi – bəndinin icrası ilə əlaqədar Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Su ehtiyyatlarının idarə olunması. Sudan qənaətli qənaətli və səmərəli istifadə” mövzusunda dəyirimi masa təşkil olundu. Məktəbin biologiya müəllimi Pərvin Məmmədova şagirdlərə susuz həyatın olmadığını, bütün canlılar üşün ən vacib su olduğunu bildirdi. Sudan qənaətli istifadə barədə tövsiyələrini verdi. Şagirdlər su ehtiyyatları barədə təqdimatlarla çıxış etdilər.
Su həyatdır. Susuz həyat yoxdur. Dünyaya kosmosdan baxsaq dünya mavi kürəyə bənzəyir. Ona bu görüntünü verən onun səthində yerləşən su sahəsidir. Əgər bir imkanımız olsa, dünyadakı suyu bir yerə toplasaq, bütün Yer kürəsinin suyu balaca mavi bir kürədən artıq olmayacaq. Bu kürədəki suyun sadəcə yüzdə üç faizi sirin sudur. Bu suyun da sadəcə yüzdə bir faizi insanlar tərəfindən istifadə olunur. Dünyada ehtıyatı bu qədər az olan,lakin yaşamın səbəbi olan suyun dəyərini bilməliyik. Bugün Xüsusən məişətdə, gündəlik işlərdə suyun israfının qaşısının alınması barədə uşağlarla söhbət aparıldı.