"Əylənərək öyrənək” adlı layihə onlayn körpü formasında təşkil olundu

16 may 2022-ci il tarixində 171 və 227 nömrəli tam orta məktəbin informatika müəllimləri Nəsibova Lətafət və Süleymanova Sevincin təşkilatçılığı ilə  “Heydər Əliyevin 99-cu il dönümünə” və “Şuşa ilinə” həsr olunan informatika fənnindən II siniflər arası “Əylənərək öyrənək” adlı layihə təşkil olundu.

171 nömrəli tam orta məktəbin müəllimləri  və 227  nömrəli tam orta məktəbin müəllimləri qonaqlar və şagirdlərlə salamlaşdı. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.

Himn oxunduqdan sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Hər iki məktəbin şagirdləri komputer qurğluları haqqında şeir söylədilər.

Tapmacalar oyunu oynanıldı. Hər qrupa bir tapmaca verildi. Tapmacanın cavabını tapan qrup nümayəndələrindən biri  öz qrupunun komputerində cavabını qeyd elədi və şagirdlərin nəticələrinə baxıldı.

Daha sonra hər iki məktəbin şagirdləri arasında “Fərqi tap” oyunu  keçirildi. Hər qrupdan iki şagird komputerdə verilən şəkillər üzərində fərqləri tapıb qeyd etdilər. Şagirdlərin işlərinə baxıldı, səhv və düzləri söylənildi.

Komputerdə Gimkit oyunu keçirildi. Hər qrupdan bir nəfər bu oyunda iştirak elədi. Sonda hər iki məktəb şagirdlərinin nəticələri proyektor vasitəsilə göstərildi.

171 nömrəli tam orta məktəbin şagirdləri “Şuşanın tarixi abidələri haqqında”  qısa olaraq çıxış etdilər.

227 nömrəli tam orta məktəbin şagirdləri “Şuşa haqqında” şeir söylədilər.

Ümummilli Lider Heydər Əliyevin Şuşa haqqında fikirləri özündə əks etdirən videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Şuşa haqqında söylədiyi video çarx izlənildi.

171 nömrəli tam orta məktəbin şagirdləri “Zəfər rəqsi” ilə çıxış etdilər.

Növbəti dəfə hər iki məktəbin şagirdləri ulu öndər Heydər Əliyev haqqında şeir və kəlamlar söylədilər.

Hər iki məktəbin şagidləri Azərbaycan haqqında şeir söylədilər.

227 N-li məktəbin şagirdləri “Bayraq rəqsi” ilə çıxış etdilər.

Şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunan “Heydər babanın nəvələriyik” mahnı ilə xor şəklində çıxış etdilər.

Ən sonda  təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova tədbir haqqında öz fikrini bildirdi.

Tədbirin təşkilatçıları 227 nömrəli tam orta məktəbin informatika müəllimi Lətafət Nəsibova və 171 nömrəli tam orta məktəbin informatika müəllimi Sevinc Süleymanova idi.

Tədbirdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva və hər iki məktəbin müəllim heyyəti iştirak etdi.

Tədbirdə həmçinin tərbiyə işlər üzrə direktor müavini Kənan İsmayılov, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sdəri Mahirə Nəsirova, İnformatika müəllimi Vəsilə Abuzərova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi