Şagirlərimiz fənn olimpiadalarının final turunda iştirak edib

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 10c sinif şagirdi Rəvan İsmayılov informatika fənni üzrə fənn olimpiadasının final turunda iştirak edib.
Məktəbin 7-ci sinif şagirdləri Cumayəddinli Nərgiz, Mehdiyev Sərxan fizika fənni üzrə və Məmmədova İradə, Sultan Zərif kimya fənni üzrə Respublika Fənn Müsabiqəsinin final turunda iştirak etdilər. Şagirdlərimizə uğurlar diləyirik!
Mayın 15-də informatika fənni üzrə fənn olimpiadalarının final turu keçirilib. Final turunda 80 şagird iştirak edib.
Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu üzrə isə 5 saat vaxt verilib.
İnformatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilir.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.