Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş riyaziyyatdan bilik yarışması keçirildi

12 May 2022 -ci il tarixində Bakı şəhəri Xətai rayonu 171 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş riyaziyyatdan bilik yarışması tədbiri keçirilmişdir. Tədbirin bədii hissəsində şagirdlər Ulu öndərin həyatı, şərəfli ömrünün qısa xronikası haqqında məlumatı dinləyiblər. Ardınca 8-ci sinif şagirdləri "Ulu bir sərkərdə, ulu bir öndər" şeirini ifa etdilər. Daha sonra tədbirin yarış hissəsi başladı. Şagirdlər yarışda çox həvəslə iştirak edirdilər.