Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi. Tədbiri 2b sinif rəhbəri Aidə Nəsibova öz şagirdləri ilə birgə hazırladılar. Şagirdlər Ulu Öndərin şərəfli həyat yolu haqqında məlumat verdilər. Ümummilli Lider Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarx təqdim olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olması günü xalqa müraciəti dinlənildi. Şagirdlər Şuşanın tarixi haqqına ətraflı məlumatlar verdilər. Tədbirdə şagirdlər şeirlər söylədilər, mahnılar oxudular. Tədbirdə təqdim olunan rəqs nümunəsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.