"Şuşa, azadlığın mübarək!" adlı tədbir keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildünümü, “Şuşa ili” münasibəti ilə “ZƏFƏR BULAĞI”nın açılışına həsr olunmuş “ŞUŞA, AZADLIĞIN MÜBARƏK!” adlı ədəbi – bədi gecə keçirildi. İlk olaraq məktəbin həyətində “Zəfər bulağı”nın açılış mərasimi keçirildi. Açılış mərasimində Xalq şairi Vahid Əziz, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Məhəmməd İbrahimov, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin Rəisi Rəhman İsmayılov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının nümayəndəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, məktəbin məzunu olmuş, I Qarabağ Müharibəsində şəhid olmuş, məktəbin adını daşıyan şəhid Zaur Məmmədovun bacıları Nisə və Venera Məmmədovalar, Dövlət Sərhəd Xidməti Akademiyasının rəis müavini Nizami müəllim, məktəb direktorları iştirak edirdi. Rəsmi açılışı bildirən qırmızı lenti məktəbin direktoru Zemfira Məsiyeva, Xalq şairi Vahid Əziz, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə kəsdilər. Bulağın üzərindəki ağ örpəyi götürdülər. Xarıbülbül formasında hazırlanmış bulaq açılış mərasimində iştirak edənlər tərəfindən maraqla və xoş əhval ruhiyyədə qarşılandı. Çıxış edənlər suyun aydınlıq olduğunu, bulağın çəkilməsinin savab iş olduğunu, belə bir tədbirin keçirilməsini rəğbətlə qarşılandığını bildirilər. Tədbirin sonunda qonaqlar xatirə şəkili çəkdirdilər.