“Şanlı bayrağım” adlı tədbir keçirilmişdir

08 noyabr 2016 -cı il tarixində Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli məktəbdə noyabr Dövlət Bayrağı gününə həsr olunmuş “Şanlı bayrağım” mözusunda ədəbi -bədii tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin şagirdlər tərəfindən ifası ilə başlanmış, şagirdlər üçrəngi bayrağa aid şerlər, mahnılar ifa etmiş və xalqımızın müxtəlif rəqs nümunələrini təqdim etmişlər. Sonda məktəbin direktoru tədbirə yekun vuraraq bildirdi ki, ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Məhz buna görə Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi