“Şuşa ili” çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olundu

23 aprel 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4 a sinfinin sinif rəhbəri Ulduz Nəcəfovanın rəhbərliyi ilə 4 a sinfi “Şuşa ili” çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi. Muzeyə ekskursiya edən şagirdlər xalçaçılığın həqiqətən də zəhmət tələb edən əl işlərindən biri olduğunun şahidi olublar. Muzeydə qədim xalçalar, onların tarixi, naxışları, naxışlarının növləri barədə şagirdlər ətraflı şəkildə məlumat əldə ediblər. Xüsusilə, Şuşa xalçaçıları tərəfindən toxunulmuş xalçalar və Şuşa Xalça muzeyindən gətirilmiş xalçalar şagirdlərə nümayiş etdirilib. Qədimdə Qarabağda hansı geyimlərin geyinildiyi, Şuşada evlərin hansı xalçalarla bəzədildiyi, yaşı 500 il və 500 ildən yuxarı olan xalçalar şagirdlər tərəfindən böyük marağa səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi