"Uşaqlarla necə dialoq qurulmalı?" mövzusunda seminar təşkil olundu
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə valideynlərlə "Uşaqlarla necə dialoq qurulmalı?", "Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?" mövzusunda seminar təşkil olundu. Seminarda 171 nömrəli məktəbin psixoloqu Günay Aslanova, Təlimə Dəstək Mərkəzi psixoloq metodist Heyran Səfərova və 156 nömrəli məktəbin psixoloqu Lalə Bayramova iştirak etdi və valideynlər üçün maraqlı olan sualları cavablandırdılar.
Seminar zamanı körpənin dünyaya gəldiyi gündən başlayaraq bütün böhran dönəmlərinə toxunuldu. Bu böhran yaşlarındən ən önəmlisi 3 yaş böhranıdır ki, bu yaşda alınmış zədələr yeniyetməlikdə davranış pozuntusu olaraq ortaya çıxmağa başlayır. Yeniyetmə şagirdlərlə necə davranılmalı, onlarla ünsiyyət necə qurulmalı, onların gözündən dünyaya necə baxılmalıdır? - bu kimi suallar cavablandırıldı.
Seminar zamanı şiddət və onların aradan qaldırılması yolları haqqında danışıldı.
Hislər duyğularla necə əvəzlənir və duyğular necə olur ki, davranış pozuntularına çevrilir. Bunların kökündə nələr yatır? Valideyn istəmədən nələrə səbəb olur? - kimi sulların cavablandırılması seminarın əsas məqsədi idi.