Diaqnostik qiymətləndirmə keçirilmişdir
07 noyabr 2016-cı il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin həm Azərbaycan, həm də Rus bölməsinin II və III siniflərində, onların tədris materialları əsasında məktəb rəhbərliyi tərəfindən diaqnostik qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd şagirdlərin ilkin səviyyəsinin qiymətləndirilməsi, onların əsas bilik və bacarıqlara nə dərəcədə dərəcədə malik olmasını və tədris edilmiş materialın hansı hissəsinin bilməsini öyrənmək olmuşdur. Diaqnostik qiymətləndirmənin keçirilməsi üçün sual kitabçalarına Ana dilndən, riaziyyatdan və məntiqdən suallar, həmçinin, şagirdlərin yaş səviyyəsinə müvafiq məzmunda və həcmdə inşa(esse) mövzuları daxil edilmişdir. Sual kitabçaları məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmış və oradakı inşa(esse) mövzuları 9 noyabr “Dövlət Bayrağı” gününə həsr olunmuşdu. Diaqnostik qiymətləndirmənın təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbin II siniflərində təhsil alan 120 şagird iştirak etmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə noyabr ayında keçiriləcək növbəti pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.