“Şuşa ili”nə həsr olunmuş “Fənlərin dostluğu” adlı “Bilik yarışı” keçirildi
18 aprel 2022-ci il tarixdə Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 a sinfində məktəbin riyaziyyat müəllimi Mehriban İbrahimovanın dərsində “Şuşa ili”nə həsr olunmuş “Fənlərin dostluğu” adlı “Bilik yarışı” keçirildi. Dərsin mövzusu “Düzbucaqlı paralelepipedin səthinin sahəsi” idi. “Bilik yarışı” şəklində təşkil olunmuş dərsdə PowerPoint proqramında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat verildi, paralelepipedin səthinin sahəsi düsturu şagirdlərin özlərinin iştirakı ilə çıxarıldı. Sonra komandalar arasında yarış başladı. Tərtib olunmuş məsələlərdə riyaziyyatla Azərbaycan dili və riyaziyyatla tarix fənninin inteqrasiyası öz əksini tapmışdır. Şagirdlər situasiya tipli tapşırıqları da böyük həvəslə və həyəcanla yerinə yetirdilər. Sonda şagirdlərin topladığı ballar və qalib komandanın adı açıqlandı.
Dərsdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, ingilis dili Sevinc Əbilova iştirak edirdilər.