Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiadanın VII-IX sinif şagirdləri arasında keçirildi
Cari ilin aprel ayında AR Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiadanın VII-IX sinif şagirdləri arasında keçirilməsi planlaşdırılır.
Olimpiada 3 mərhələdən ibarət olacaqdır.
Birinci mərhələ zamanı Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın həyat və yaradıcılığına aid test sualları (2 variant) iştirakçı məktəblərə təqdim olunur. Məktəblər sözügedən testlər vasitəsilə şagirdlərin olimpiadanın I mərhələsində əyani iştirakını təşkil edir.
Bu məqsədlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə olimpiada keçirildi. Olimpiadada 15 şagird iştirak edirdi. Nəticələr qısa müddətdə elan ediləcək.