"Narkomaniyaya "YOX" deyək!" adlı tədbir keçirildi

Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair Daxili İşlər Nazirliyinin 30.10.2021 ci il tarixli  54-001-21 saylı göstərişinin icrası ilə bağli Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki cənab İlqar Məmmədovun  rəhbərliyi ilə 15.04.2022-ci il tarixdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Narkomaniyaya "YOX" deyək!" mövzusunda görüş keçirildi.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Bədii hissəsində ilk olaraq şagirdlərin hazrladıqları səhnəciklər nümayiş etdirildi. Məktəblilərin idmanla bağlı nümunəvi çıxışları təqdim edildi. Narkotikin cəmiyyətə gətirdiyi bəlalarla həsr edilmiş videoçarx nümayiş etdirildi.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, şöbə müdirinin müavini Məhəmməd İbrahimov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, 9 saylı Uşaq Poliklinikasının nümayəndəsi, QİÇS-lə Mübarisə İdarəsnin həkimi, Narkomaniya Mərkəzinin narkoloq həkimi iştirak ediridlər. Tədbirin rəsmi hissəsində qonaqlar çıxış etdilər.

Narkomaniyanın cəmiyyətə gətirdiyi bəlalar, onları fəsadları bardə danışdılar. Şagirdlər belə vərdişlərdən uzaq olmağa çağırdılar. Tədbirin sonunda şagirdləri maraqlandıran sualalra ətraflı cavab verildi. Mövzu ətrafında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi