Sinif rəhbərləri ilə iclas keçirildi

11 aprel 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə sinif rəhbərlərinin iclası keçirildi. İclasda giriş sözü ilə çıxış edən məktəbin direktoru Zemfira Məsiyeva görülən işlər barədə və qarşıda duran vəzifələr barədə danışdı. Sinif rəhbərləri mövzu ətrafında məlumat verdilər. Sinif rəhbərlərini maraqlandıran sullara məktəb rəhbərliyi tərəfindən ətraflı cavab verildi. Bir çox məsələlər ətrafında müzakirələr aparıldı, qarşılıqlı fikri mübadiləsi edildi. Məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tapşırıq və tövsiyyələrini verdi.