"Mənim dünyam" adlı layihə təşkil olundu
Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri ilə "Mənim dünyam" adlı layihə təşkil olundu.
Layihənin təşkilindəki əsas məqsəd şagirdlərimizin təxəyyülünü inkişafını təmin etmək və onların kiçik dünyalarını kənardan görüb ona toxuna bilməkdir.
Layihənin təşkili zamanı rəsmləri çəkən şagirdlərin ad və soyadları qeyd olunmadı, daha sonra bütün 6-cı sinif şagirdlərinin iştirakı ilə səsvermə təşkil olundu. Rəsmlərin üzərində yazılmış rəqəmlərə əsasən səsvermə aparıldı. Şagirdlərin adlarının qeyd olunmaması ədalət duyğusunun inkişafı üçün atılan bir addım idi.
"Mənim dünyam" layıhəsinin qalibi 6b sinif şagirdi Nigar Hüseynxanova oldu. Onun çəkdiyi "Mənim dünyam Azərbaycan" adlı rəsm idi. Nigar layihə zamanı Polad Həşimovun rəsmini çəkmişdir.