“Bənövşə” oyunu şagirdlər tərəfindən maraqla qarşılandı
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 4 a sinfində Novruz bayramı münasibətilə şənlik keçirildi. Şənlikdə sinif rəhbəri Ulduz Nəcəfova Novruz bayramı, onun adət-ənənələri haqqında ətraflı şəkildə məlumat verdi. Şagirdlər bu bayram barədə bildiklərini mübadilə etdilər. Novruz bayramına yaxın qeyd edilən 4 çərşənbə və onlar haqqında ətraflı danışıldı. Bu çərşənbələrin adının məhz niyə od, su, torpaq, yel olduğu araşdırıldı. Novruzun bir sıra adətləri: torba atmaq, qulaq falına çıxmaq, üzük falına baxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, şam yandırmaq, yallı getmək və s. məhz şagirdlərin özləri tərəfindən canlandırıldı. Şagirdlər yumurta toqquşdurdular. Xalqımızın birliyini təmsil edən milli rəqslərdən olan yallı getdilər. Novruz bayramında oynanılan qədim oyunlardan olan “Bənövşə” oyunu da şagirdlər tərəfindən maraqla qarşılandı.