Şagird və müəllimlər “Bayram axşamlarında” mahnısı ilə qarşılandı

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin  01.03.2021-ci il tarixli  F-85 nömrəli əmrinə əsasən  “Bahar çələngi”  layihəsinin  icrası ilə bağlı  Tədbirlər Planı  təsdiq edilmişdir. Tədbirlər Planında qeyd olunan tədbirlərin  2022-ci ilin mart  ayında  təşkili nəzərdə  tutulmuşdur.

Bu münasibətlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirildi. 15 mart 2022-ci il tarixində ilaxır çərşənbə münasibətilə məktəbin hər iki girişində Novruz güşəsi hazırlandı. İlk öncə məktəbə gələn müəllim və şagirdləri məktəbin 6b sinif şagirdi Ömər İsmayılovun tarda ifası ilə və sinif yoldaşlarının oxuduqları “Bayram axşamlarında” mahnısı ilə qarşılandı. Bu müəllim və şagirdlər tərəfindən rəğbətlə qarşılandı.

Dərslərarası tənəffüslərdə məktəbin radioqovşaqı ilə Novruz bayramın haqqında məlumatlar və bayrama həsr olunmuş mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi