İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş dəyiqimi masa təşkil olundu

Tədbiri Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tarix müəllimi Səmədova Nərmin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2021 ildə İrəvan dövlət seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamın vacibliyindən və ictimai fikir tarixində seminariyanın əhəmiyyətindən söz açdı. Daha sonra şagirdlərlə qısa videoçarx izlənərək, İrəvan müəllimlər seminariyasının dövri tarixi ilə əlaqədar ilkin məlumatlarla tanış oldular. Daha sonra müzakirə gedişatında türk yurdu İrəvanın Azərbaycanın elm, maarif, ictimai fikir tarixində, mədəniyyət sahəsində vacib mövqeyi qeyd edildi. Daha sonra mənfur düşmənin tapdağı altında olan İrəvanın tarixinə nəzər salındı. 7 b sinif şagirdi İmanlı Ayan XIX yüzillikdə Azərbaycanda elm, mədəniyyət sahəsində baş verən dəyişikliklərin qısa xülasəsini qeyd edərək məktəbin inkişafının mədrəsə və mollaxanalardan çıxmasının vacibliyini qeyd etdi. Daha sonra Soltan Zərif, Mehdiyev Sərxan geniş şəkildə seminariyanın görkəmli müəllimlərindən olan Firudun bəy Köçərli haqqında məlumat verdilər. İrəvan müəllimlər seminariyasını bitirən azərbaycanlı görkəmli xadimlər və onların Azərbaycanın pedaqoji həyatında rolları haqqında7 b sinif şagirdləri İmanlı Ayan, Camallı Aynur və Həbibi Nəzrin geniş məlumatlar verdilər. M.Topçubaşov, İbrahim Səfi, Axund Məmmədbağır Qazızadə, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, Haşım bəy Nərimanbəyov, Həmid Şaxtaxtinski və s çoxları haqqında məlumat verildi. Beləliklə biz XIX yüzilliyin ikinci yarısında Azərbaycanın mədəni, ictimai həyatında danılmaz rola  malik olan İrəvan müəllimlər seminariyasının qısa tarixi keçmişinə nəzər saldıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi