İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş dəyirimi "Açıq dərs" keçirildi
Prezident İlham Əliyev İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Buna dair 10 mart 2022-cil il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Məcidova Təranə 5E sinifində "Açıq dərs" təşkil edib.
İrəvan Müəllimlər Seminariyası barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verib. Bundan başqa, dərs zamanı monitor vasitəsi ilə İrevan şəhəri və İrəvan Müəllimlər Seminariyası ilə baglı videoçarx təqdim olunub.
Dərsdə 5E sinif şagirdləri həsr olunmuş videoçarxları, kompozisiyaları təqdim edib, məlumat verdilər.
Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.