Futbol yarışı keçirildi
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində 28 fevral – 4 mart tarixlərini əhatə edən “İdman həftəsi” layihəsi həyata keçirilib. Bu məqsədlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə də idmanla bağlı müxtəlif tədbirlər keçirilib. O tədbirlərdən biri də fiziki tərbəyə müəllimləri Barat Orucov, Sahib Abbasov, Mail Abdullayev, Elnurə Zeynalova və Ülviyyə Qurbanova tərəfindən futbol yarışının keçirilməsi oldu. Futbol yarışını məktəbin direktoru Zemfira Məsiyeva və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov izlədilər.