"Xocalı soyqırımı" qurbanlarınının xatirəsinə “Açıq dərs” keçırildi

25 fevral 2022-cil il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Məcidova Təranə 5D sinifində "Xocalı soyqırımı" qurbanlarınının xatirəsinə “Açıq dərs” keçırdı.

Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat verib. Bundan başqa, dərs zamanı monitor vasitəsilə “Xocalı soyqırımı” ilə baglı videoçarx təqdim olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər haqda bir daha məlumatlanıblar. 

“Açıq dərs”də 5d sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş videoçarxları, kompozisiyaları təqdim edib, şeir söyləyiblər.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi