“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdikləri təqdimatlar hazırladılar
Fənn müəllimi Mehparə Rəhimovanın təşkilatçılığı ilə 5d, 5e, 6ç və 6d sinif şagirdləri “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdikləri təqdimatlar hazırladılar və nümayiş etdirdilər. Şagirdlər təqdimatlarda Xocalı soyqırımı zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, ermənilərin dinc sakinlərə verdikləri işgəncələrdən ətraflı məlumatlar və şəkillər təqdim etmişlər.